İranın Şiraz şəhərindəki Şahçıraq ziyarətgahında törədilən terror aktını SEPAH-ın xüsusi təyinatlı “Qüds” qanadının zabiti Səid Hənifənin törətdiyi bildirilir.
“Azad İran” “Telegram” kanalının xəbərinə görə, onun Qasim Süleymaninin yaxın dostu olduğu iddia edilir.
Güman edilir ki, rejimin bu terror aktını törətməkdə məqsədi etirazçıları qorxutmaqdır.
İranlı jurnalist Bəhram Rəhmani bu barədə yazıb:
“Şahçıraq ziyarətgahına silahlı basqınla bağlı söz-söhbətlər kəskin qızışır”.
Eyni zamanda “Balatərin” saytında “Şahçıraqda çoxlu insanı qətlə yetirən şəxsin kimliyi məlum oldu” başlıqlı xəbər yayılıb.
Xatırladaq ki, İranın Şiraz şəhərində ziyarətgaha təşkil olunan terror aktına görə İŞİD qruplaşması məsuliyyəti öz üzərinə götürüb.
www.102info.az