Ukraynada müharibə davam edir.
Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.
O bildirib ki, ötən gün Kiyevə raket hücumundan sonra kommunal xidmətlərlə bağlı ciddi böhran yaşanır.
Jurnalistin sözlərinə görə, Rusiya ordusu səhər saatlarından etibarən Poltava vilayətini də raket hücumlarına məruz qoyub.
“Poltava vilayəti müharibə müddətində ilk dəfə raket hücumuna məruz qalıb. Bildirilir ki, ölən və yaralananlar var”, – deyə məlumatda qeyd edilir.
O da bildirilib ki, Rusiya ordusu əsasən enerji və su infrastrukturlarını hədəf alaraq, bütün ölkə boyu, hətta aktiv döyüşlərin getmədiyi vilayətləri belə raket atəşinə tutur.
www.102info.az