Evində isti geyinən yaponlara bonus veriləcək

Maraqlı

Yaponiya hökuməti ev təsərrüfatlarından və təşkilatlardan qış mövsümündə elektrik enerjisinə qənaət etmələrini istəyib.

Yaponlardan göstərilən müddət ərzində bütün lazımsız elektrik cihazlarını və işıqlandırmanı söndürmələri, həmçinin evdə isitmə temperaturunu azaltmaq üçün isti paltar geyinmələri xahiş olunub.

Qeyd edək ki, Yaponiyada isitmə üçün əsasən məişət kondisionerlərindən istifadə olunur.

Sakinlərin qənaətə təşviq etmək üçün həvəsləndirici tədbirlər də nəzərdə tutulub. Belə ki, 2021-ci ilin qışı ilə müqayisədə elektrik enerjisi istehlakını 3% azalda bilənlər bonus alacaqlar.

Qənaət xahişi 1 dekabr 2022-ci il tarixindən 31 mart 2023-cü il tarixinədək etibarlı olacaq. Bununla belə, bu istək icbari xarakter daşımır.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir