NATO-nun baş katibi Türkiyəyə səfər edəcək

Dünya

NATO-nun baş katibi Yens Stoltenberq noyabrın 3-5-də Türkiyəyə səfər edəcək.

O, bir sıra rəsmilərlə yanaşı, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla da danışıqlar aparacaq.

Bu barədə çərşənbə günü alyansın mətbuat xidməti məlumat yayıb.

“3-5 noyabr 2022-ci il tarixlərində NATO-nun baş katibi Yens Stoltenberq Türkiyəyə səfər edəcək”, – məlumatda bildirilib.

Qeyd olunub ki, Stoltenberq Türkiyə Prezidenti ilə yanaşı, Xarici İşlər Nazirliyinin rəhbəri və ölkənin Müdafiə naziri ilə danışıqlar aparacaq.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir