Qəbələ rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Bum qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, rayon sakini İmaməddin İsrafilov idarə etdiyi “Hyundai” markalı avtomobillə 62 yaşlı Rəhman Abdullayevi vurub.
Yaralı Qəbələ Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az