Prezident İlham Əliyev Arif Vasif oğlu Səmədovun Azərbaycan Respublikası Prezidentinin Protokol xidməti rəisinin müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Bununla bağlı Prezident.az məlumat yayıb.
Dövlət başçısının digər sərəncamı ilə, Arif Vasif oğlu Səmədov Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisi təyin edilib.
Qeyd edək ki, oktyabrın 17-də İlham Əliyevin sərəncamı ilə Elçin Tələt oğlu Bağırov Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisi vəzifəsindən azad edilib.
Dövlət başçısı E.T.Bağırovun Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.
www.RIA24.az