Dövlət Sərhəd Xidmətinin zabiti Lənkəranda qəzaya düşdü – VİDEO

Cəmiyyət

Lənkəran yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın məlumatına görə, Lənkəranda Masallı rayon sakinin idarə etdiyi “Mitsubishi” markalı mikroavtobus Lənkəran şəhər sakini, Dövlət Sərhəd Xidməti (DSX) zabitinin idarə etdiyi “Opel Vectra” markalı nəqliyyat vasitəsilə toqquşub.

Hadisə nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib. Xəsarət alan və ölən yoxdur.

DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev Oxu.Az-a verdiyi açıqlamada bildirib ki, qəza hadisəsi bu gün köhnə Ələt-Astara yolunun Lənkəran rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Hazırda araşdırma aparılır.

 

Sayad Həsənli

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir