Türkiyənin Haber Global telekanalının efirində Azərbaycan Prezidenti İlham Əliyevin Əlcəzairdə Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısındakı çıxışı təhlil olunub.
Bildirilib ki, dövlət başçısı öz nitqində haqlı olaraq Fransa və onun prezidenti Emmanuel Makronu tənqid edib. Belə ki, ərəb dünyasındakı qaranlıq keçmişilə tanın bu ölkə işğala qarşı mübarizə aparan Azərbaycanı deyil, işğalçı Ermənistanı dəstəkləməsilə öz mütəmləkəçi mahiyyətini bir daha sübut edib.
Telekanalın efirində Prezidenti İlham Əliyevin Əlcəzair səfəri detallı şəkildə işıqlandırılıb və Fransanın simasında dünyaya bir mesaj verdiyi qeyd olunub.
Daha ətraflı Haber Global-ın videomaterialında:
www.RIA24.az