1 yaşlı Cəfərova Sofiya Elməddin qızı ürək əməliyyatı olmalıdır.
Bu barədə Oxu.Az-a anası Cəfərova Gülnarə Elçin qızı məlumat verib.
O qeyd edib ki, hamiləlik zamanı belə bir problemlə üzləşməyib:
“Doğuşdan 2 ay sonra bizdə bəzi problemlər yaranmağa başladı. Belə ki, o cəmi 3 kilo yarım idi. Ağlaya bilmirdi, çətinlik çəkirdi. Kardioloq müayinə etdikdən sonra təcili əməliyyat dedi. Qızıma ürək çatışmazlığı diaqnozu qoyuldu. İlk əməliyyat 3 aylığında oldu. Yenidən iki dəfə əməliyyat edilməlidir. Artıq əməliyyat üçün gecikirik. Zaman əleyhimizə işləyir. Bizə 11 min manat lazımdır amma bu pulu toplamaq üçün maddi imkanımız yoxdur”.
Ailə ilə əlaqə: 051 396 99 40
www.102info.az