“Bakı Metropoliteni” QSC-nin Rusiyanın “Transmaşholdinq” SC-nin tərkibinə daxil olan “Metrovaqonmaş” müəssisəsindən aldığı sonuncu iki qatar da Azərbaycana çatıb.
Bu barədə Oxu.Az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov deyib.
B.Məmmədov bildirilib ki, hazırda həmin vaqonlar depodadır:
“Vaqonlar hərzamankı kimi, protokol qaydasına müvafiq olaraq, sazlanma, sınaq və tənzimlənmə prosesindən sonra xəttə buraxılacaq. Bununla da Bakı metrosunda yeni qatarların sayı 23-ə, vaqonların sayı isə 115-ə çatıb”.
Xatırladaq ki, 2019-cu ildə bağlanmış müqaviləyə əsasən, Bakı metrosu 2020-2022-ci illərdə Rusiyadan ümumilikdə 12 qatar (60 vaqon) almalı idi.
Könül Cəfərli
www.102info.az