Bakı-Qazax avtomobil yolunun Şəmkir rayon ərazisindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
“Report” xəbər verir ki, 2 minik avtomobilinin toqquşması nəticəsində sürücülərdən biri aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.
Onun şəxsiyyəti dəqiqləşdirilir.
Xəsarət alan digər şəxs isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az