Ottavada “Qarabağ” məktəbinin şagirdləri Zəfər Gününü qeyd ediblər – FOTO

Cəmiyyət

Kanadada fəaliyyət göstərən “Qarabağ” həftəsonu Azərbaycan dili məktəbində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş bayram şənliyi keçirilib. 

Paytaxt Ottavanın Vinsent Massiy parkında baş tutan tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib və ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir iştirakçıları məktəb şagirdlərinin Zəfər Günü münasibətilə ifa etdikləri mahnı və şeirləri alqışlarla qarşılayıblar. Tədbirlə maraqlanan yerli sakinlərə Azərbaycanın Zəfər Günü barədə məlumat verilib. 

Sonda Azərbaycan bayraqlarını dalğalandıran tədbir iştirakçıları Zəfər yürüşünə qatılıblar. 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir