Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı 8 Noyabr – Zəfər Günü ilə bağlı sosial şəbəkədə paylaşım edib.
Cahit Bağcı özünün “Twitter” səhifəsində Azərbaycanın Xalq artisti Azərinin (Anaxanım Tağıyeva) səsləndirdiyi mahnın klipini paylaşaraq yazıb:
“Çırpınırdı Qaradəniz dinləyərkən inşallah deyirdik. İndi isə Qarabağ türküsünə qulaq asaraq əlhəmdülillah deyirik”, – Cahit Bağcı vurğulayıb.
www.102info.az