Güney Azərbaycanın Təbriz Tibb Elmləri Universitetinin tələbəsi, Qərbi Azərbaycan əyalətinin Sayınqala (molla rejimi “Şahindej” adlandırıb) şəhər sakini, atası İnqilab Keşikçiləri Korpusunun (SEPAH) məsul şəxsi olan Mürtəza Şirməhəmmədi İran hakimiyyətinin hərbi-polis rejimi tərəfindən öldürülüb.
Bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, tələbənin meyiti noyabrın 2-də dəfn üçün ailəsinə təhvil verilib. Qeyd olunub ki, onun atası Əliəsgər Şirməhəmmədi SEPAH-ın Urmiya şəhər şöbəsinin siyasi-ideoloji bölməsinin rəisidir. Bu səbəbdən o, oğlunun öldürülməsi xəbərinin yayılmasının qarşısını alıb. Ona görə, Şirməhəmmədinin qətli bir neçə gün sonra ictimaiyyətə məlum olub.
www.102info.az