Polşanın Keltse şəhərində boks üzrə beynəlxalq turnirə start verilib.
Azərbaycan Boks Federasiyasından Oxu.Az-a verilən məlumata görə, 16 ölkənin qatıldığı yarışın ilk günündə millinin bir üzvü rinqə çıxıb.
Komandanın heyətində Eldar Quliyev (86 kq) Maşal Marefatla (Almaniya) üz-üzə gəlib. 1/4 final mərhələsində baş tutan görüş Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb.
Yarımfinala yüksəlməklə özü üçün ən azı bürünc medalı təmin edən Quliyev bu mərhələdə polşalı Klemens Şepanyakla döyüşəcək. Görüş noyabrın 11-də baş tutacaq.
Qeyd edək ki, turnirdə final qarşılaşmaları noyabrın 13-də olacaq.
www.102info.az