Elmi-Tədqiqat Kardiologiya İnstitutunun və Elmi-Tədqiqat Tibbi Bərpa institutunun birgə təşkilatçılığı ilə Zəfər Gününə həsr edilmiş Elmi konfrans keçirilib.
Bu barədə Oxu.Az-a İnstitutdan məlumat verilib.
Konfrans Səhiyyə Nazirliyi, İcbari Tibbi sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in dəstəyi ilə keçirilib.
Konfransın açılış hissəsi Azərbaycan Dövlət himninin səsləndirilməsi ilə başlayıb və zəfərimizə gedən yola nəzər keçirilib. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılışda həmçinin İTS-in İdarə Heyəti sədrinin müavini Nigar Bayramova, TƏBİB-in Strateji İnkişaf departamentinin rəhbəri Yaqut Qarayeva, Türk Kardioloji Dərnəyinin sədri, prof. Vedat Aytekin, Mərkəzi Klinikanın baş həkimi t. e.d. prof. Kamran Musayev, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, ürək-damar cərrahı t.e.d. Rəşad Mahmudov, Respublikanın baş kardioloqu t. e.d. Yusif Nağıyev çıxış ediblər.
Ümumillikdə 4 oturumdan ibarət olan tədbirdə 400-ə yaxın həkim iştirak edib. Konfrans Səhiyyə Nazirliyi tərəfindən 16 DTT balı ilə təsdiqlənib.
ETKİ-nin direktoru, professor Gülnaz Dadaşova tədbirdə çıxışı zamanı bildirib ki, Tarixi zəfərimiz qürur mənbəyi və 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı tarixi qələbəmizə danışıb.
Eyni tədbirin həm praktiki, həm də elmi mahiyyətinin olduğunu vurğulanıb.
Tədbirə bir sıra tanınmış alimlər, eyni zamanda Türkiyədən alim – professor heyəti qoşulub.
İki gün davam edən konfransda iştirakçılar üçün “Kardiak anatomiya “ və “CPR” kursları keçirilib.
www.102info.az