Azərbaycan iranlı narkotaciri “qırmızı bülleten”lə beynəlxalq axtarışa verib.
APA xəbər verir ki, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.
Bildirilib ki, İran İslam Respublikasının vətəndaşı, 1980-ci il təvəllüdlü Tohid Əhmədzadədehqan qaçaqmalçılıq, narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilir.
Onun barəsində Azərbaycan məhkəmələri tərəfindən qiyabi həbs qətimkan tədbiri seçilib və onun saxlanılması ilə bağlı beynəlxalq axtarış elan edilib.
www.RIA24.az