Noyabrın 11-də Vətən müharibəsi qazisinin toyu olub.
Modern.az xəbər verir ki, Lənkəran şəhərində 44 günlük Vətən müharibəsinin qəhrəmanlarından olan, döyüşdə yaralanmağına baxmayaraq sonadək vuruşan, koma vəziyyətində düşmən tərəfindən əsir alınan, ailəsinin şəhid bilib ağladığı, 52 gündən sonra Azərbaycana qaytarılan Vəlihəd Vəliyev üçün toy məclisi qurulub.
Toyda ailə yaxınları, şəhid ailələri, qazilərlə yanaşı, dövlət rəsmiləri də iştirak edib.
www.102info.az