Türkiyə səfiri: “Dövlətimiz bu xəyanətin arxasında duranlardan və onların əlaltılarından hesab soracaq” – FOTO

Dünya

“Dövlətimiz bu xəyanətin arxasında duranlardan və onların əlaltılarından hesab soracaq”.

Bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı “Twiter” hesabında yazıb.

“İstanbulda törədilən xain bombalı hücumda həyatını itirən vətəndaşlarımıza Allahdan rəhmət diləyirik.

Başımız sağ olsun. Güclü Türkiyədə əməliyyat keçirənlər bilsin – uğur qazana bilməyəcəksiniz”, – səfir vurğulayıb.

Qeyd edək ki, Türkiyənin İstanbul şəhərinin Bəyoğlu məhəll əsi, İstiqlal küçəsində baş verən partlayış nəticəsində ölənlərin sayı 6 nəfərə, yaralıların sayı 53-ə çatıb.

 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir