Ermənistan və Rusiya nümayəndələri Azərbaycanla sərhədin delimitasiya prosesini müzakirə ediblər

Siyasət

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Rusiya xarici işlər nazirinin xüsusi nümayəndəsi İqor Xovayev bazar ertəsi İrəvandakı görüşdə Ermənistan və Azərbaycan sərhədlərinin delimitasiyası prosesini müzakirə ediblər.

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

“Görüş zamanı Ermənistan və Azərbaycan arasında münasibətlərin nizamlanması müzakirə olunub. Həmsöhbətlər oktyabrın 31-də Ermənistan, Rusiya və Azərbaycan liderlərinin son üçtərəfli görüşünə toxunublar. Ararat Mirzoyan və İqor Xovayev həmçinin Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası prosesi, eləcə də regionda nəqliyyat infrastrukturlarının blokdan çıxarılması ilə bağlı fikir mübadiləsi aparıblar”, – məlumatda bildirilir.

Mənbə: TASS

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir