Macarıstan Ukrayna hərbçilərinə təlim keçməkdən imtina etdi

Dünya

Macarıstan Ukrayna ordusuna təlim keçməyəcək və Aİ-nin müvafiq missiyasında iştirak etmək niyyətində deyil.

Bunu noyabrın 14-də Aİ ölkələrinin xarici işlər nazirlərinin Brüsseldə keçirilən görüşündə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bildirib.

“Biz Ukrayna hərbçilərinin təlimində iştirak etmirik və bu missiyaya heç bir maliyyə vəsaiti ayırmırıq”, – deyə o, bəyan edib.

Nazir xatırladıb ki, Macarıstan hələ oktyabrın 17-də Lüksemburqda keçirilən görüşdə belə bir missiyanın yaradılması haqqında prinsipial qərar qəbul edilən zaman bu məsələ ilə bağlı səsvermədə bitərəf qalıb.

Mənbə: eadaily.com

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir