Ədliyyə Nazirliyi Penitensiar Xidməti və Bakı İstintaq təcridxanasının əməliyyat aparatlarının, Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarışı İdarəsinin və Binəqədi rayon Polis idarəsinin 7-ci Polis bölməsinin əməkdaşları ilə birgə əməliyyat tədbirləri keçirilib.
Penitensiar Xidmətdən verilən xəbərə görə, Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq), 234.4.1 və 234.4.3 (qanunsuz narkotik dövriyyəsi) maddələri ilə təqsirli bilinərək həbs edilmiş Şəhriyar Cavid oğlu Abbasovun Binəqədi rayonu, 6-cı mikrorayon ərazisində yerləşən evinə baxış keçirilib.
Baxış zamanı evdə gizlədilmiş ümumi çəkisi 500 qram olan narkotik vasitə – marixuana və ümumi çəkisi 15 qram olan psixotrop maddə – metamfetamin aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az