Prezident: “Azərbaycanın NATO ilə sıx əməkdaşlıq platforması var”

Siyasət

“Azərbaycanın NATO ilə sıx əməkdaşlıq platforması var”.

“Report” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Albaniya Prezidenti Bayram Beqayla birgə mətbuata bəyanatı zamanı bildirib.

“Biz uzun illər Əfqanıstanda NATO-nun əməliyyatlarında fəal iştirak etmişdik. Sülhməramlı missiyaya qoşulan NATO-ya üzv olmayan ölkələr arasında birincilər sırasındaydıq. Həmçinin, Azərbaycan Əfqanıstandan çıxan son iki ölkədən biridir. Son iki ölkə – Türkiyə və Azərbaycandır. Bu da bizim məsuliyyətimizin təzahürüdür. Albaniya da NATO-nun üzvü kimi NATO-Azərbaycan əlaqələrinə həmişə böyük dəstək vermişdir”, – Prezident vurğulayıb.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir