İstanbulun İstiqlal küçəsində baş verən partlayışda yaralanan 60-dan çox insan xəstəxanalardan buraxılıb.
Bu barədə İstanbul valisi Əli Yerlikaya məlumat verib.
“61 zərərçəkən evə buraxılıb, 14 xəstə xəstəxana palatalarında, 6 xəstə reanimasiya şöbəsindədir”, – o, “Twitter”də yazıb.
Xatırladaq ki, noyabrın 13-də İstanbulun İstiqlal küçəsində baş verən partlayış nəticəsində 6 nəfər ölüb, 80-dən çox insan yaralanıb.
İstiklal Caddesi’ndeki bombalı terör saldırısında yaralanan 81 hastamızdan 61’i taburcu oldu.
14 hastamızın serviste, 6 hastamızın da yoğun bakımda tedavileri sürüyor.
Tedavileri devam eden hastalarımıza Allah’tan acil şifalar diliyorum.#GeçmişOlsun pic.twitter.com/2S3PqpXwu5
— Ali Yerlikaya (@AliYerlikaya) November 15, 2022
www.102info.az