Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Ağdama səfər edib.
Bu barədə səfir “Twitter” hesabında paylaşım edib.
“Ağdama ilk səfərim. Dağıntıları görmək çox ağırdır. Amma ANAMA-nın gördüyü işlər məndə gələcəyə ümid yaradır”, – deyə o paylaşımda bildirib.
Auld səfərlə bağlı təəssüratlarını ifadə edib.
“Minatəmizləmə əməliyyatlarını öz gözlərimlə görmək maraqlıdır. Qürur duyuram ki, Böyük Britaniyanın maliyyə dəstəyi və təcrübəsi ilə QHT və şirkətlər “Böyük Qayıdış”a dəstək göstərməyə davam edirlər”, – deyə o qeyd edib.
Ağdama ilk səfərim. Dağıntıları görmək çox ağırdı. Amma ANAMA-nın gördüyü işlər məndə gələcəyə ümid yaradır. pic.twitter.com/1T3JAkv0zE
— FergusAuldFCDO (@FergusAuldFCDO) November 16, 2022
Minatəmizləmə əməliyyatlarını öz gözlərimlə görmək maraqlıdır. Qürur duyuram ki, 🇬🇧-ın maliyyə dəstəyi və təcrübəsi ilə QHT və şirkətlər Böyük Qayıdışa dəstək göstərməyə davam edir. pic.twitter.com/v7JmEibSda
— FergusAuldFCDO (@FergusAuldFCDO) November 16, 2022
www.RIA24.az