İranlı hakerlər Amerika Birləşmiş Ştatlarının adı açıqlanmayan federal dövlət agentliyinin şəbəkəsini sındırıblar.
Onlar şəbəkənin parolunu oğurlayaraq kriptovalyutanın generasiyası üçün proqram təminatı quraşdırıblar.
Bu barədə ABŞ-nin Kibertəhlükəsizlik və İnfrastruktur Təhlükəsizliyi Agentliyi (CISA) bəyanat verib.
Bildirilir ki, bu hadisə fevral ayında baş versə də, ABŞ Daxili Təhlükəsizlik Departamentinin rəsmiləri olanlara iyun ayında reaksiya veriblər.
“2022-ci ilin iyun ayının ortalarından iyulun ortalarına qədər CISA Federal Mülki İcra Hakimiyyəti (FCEB) təşkilatında insidentlərə reaksiya verilməsi ilə bağlı əməliyyat keçirdi. Bu zaman CISA davamlı təhlükələrin artması ilə (APT) bağlı ehtimal olunan aktivlik fəaliyyətini aşkar etdi”, – deyə Federal Təhqiqat Bürosu və CISA-nın ictimai bülletenində qeyd olunub.
Hakerlər hələ CISA-nın 2021-ci ilin dekabrında aşkarladığı və agentliklərə aradan qaldırılmasını tapşırdığı geniş yayılmış boşluqdan istifadə ediblər.
Baş verən hadisə göstərir ki, hakerin şəbəkəni sındırdığı vaxtdan hadisənin aşkarlandığı günə qədər aylar keçə bilər.
Bu həm də əsasən Tehranın podratçısı olan haker qruplarının öz ciblərini doldurmaq üçün müxtəlif sxemlərə əl atdıqlarının sübutu ola bilər.
Beləliklə, hakerlər guya ABŞ hökumət şəbəkəsinə çıxışlarından istifadə ediblər və kriptovalyuta istehsal edən proqram təminatının quraşdırılmasına nail olublar. Bu isə sanksiyalar fonunda İran vətəndaşları üçün potensial faydalı gəlir gətirə bilər.
Şübhəli bilinən iranlı hakerlərin son motivi məlum deyil. CISA və FTB jurnalistlərin bununla bağlı suallarını cavablamayaıblar.
Mənbə: Rbc.ua
www.102info.az