Deputat: “Azərbaycan ictimaiyyəti Böyük Qayıdışa dair Dövlət Proqramını minnətdarlıqla qarşılayıb” – FOTO

Siyasət

“Azərbaycan ictimaiyyəti “Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramını minnətdarlıqla qarşılayıb”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Məlahət İbrahımqızı parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, “Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın imzalanması 17 Noyabr – Milli Dirçəliş Gününə hədiyyədir:

“Azərbaycan ictimaiyyəti dünəndən sosial şəbəkələrdə sənədi böyük əhval-ruhiyyə ilə qeyd edir. Azərbaycan xalqı və ictimaiyyəti belə dövlət proqramlarının nə olduğunu bilirlər. Çünki Azərbaycan mütəmadi şəkildə regionların inkişafı ilə bağlı imzalanan sərəncamların nəticəsi olaraq başdan-başa libasını dəyişib”.

M.İbrahimqızı bildirib ki, bu gün Azərbaycan Avropanın, dünyanın ən inkişaf etmiş ölkələri səviyyəsindədir:

“Budəfəki dövlət proqramı da artıq xalq üçün işıqlı və aydındır. Qazanılan Zəfərdən iki il keçməsinə baxmayaraq, ölkədə, xüsusilə də işğaldan azad olunan ərazilərdə möhtəşəm layihələr həyata keçirilib. Aeroportlar inşa olunub. Hətta Avropanın bir sıra ölkələrində hava limanı belə yoxdur. Bu gün Azərbaycanda əldə olunan uğurları ermənipərəst qüvvələr heç cür qəbul edə bilmirlər”.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir