ATƏT sədri Qarabağla bağlı danışıqları Minsk qrupu çərçivəsində davam etdirməyə çağırdı

Siyasət

Dağlıq Qarabağla bağlı danışıqlar vəziyyətin tam hüquqi həlli üçün ATƏT-in Minsk Qrupu çərçivəsində davam etdirilməlidir.

TASS xəbər verir ki, bu barədə ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 27-ci iclasında qurumun hazırkı sədri Edi Rama deyib.

“Döyüşlərin dayandığına sevindim. Müvafiq öhdəliklərin yerinə yetirilməsinin vaxtı çatıb.

ATƏT-in Minsk qrupu həmsədrlərinin himayəsi altında danışıqlar prosesini bərpa etmək təşəbbüslərini tam dəstəklədiyimi bildirirəm.

Əhəmiyyətli danışıqlar davam etməlidir”, – o bildirib.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir