Gəncədə şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 30 mənzil təqdim edildi – FOTO

Cəmiyyət

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Gəncə şəhərində şəhid ailələrinə və 
müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 30 mənzil təqdim edilib.

Bununla bağlı nazirlikdən məlumat verilib.

Bildirilib ki, Mənzil İnşaatı Dövlət Agentliyinin Gəncə yaşayış kompleksində yerləşən tam təmirli 
mənzillərdə ailələrin rahat yaşaması üçün hər cür şərait yaradılıb. 

Mənzillərin sənədlərinin təqdim edilməsi tədbirində əmək və əhalinin sosial müdafiəsi 
nazirinin müavini Hidayət Abdullayev və Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci 
müavini Səməd Tomuyev iştirak ediblər. 

Tədbirdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırıqlarına uyğun olaraq 
şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin genişmiqyaslı sosial dəstək 
tədbirləri ilə əhatə olunduğu vurğulanıb. 

Bu tədbirlər çərçivəsində artıq 119 min şəxsə sosial dəstəkyönümlü 249 min xidmət 
göstərildiyi bildirilib.

Qeyd olunub ki, 44 günlük Vətən müharibəsindən sonra şəhid ailələri və müharibə ilə 
əlaqədar əlilliyi olan şəxslərə 4100-ə yaxın, ümumilikdə ötən dövrdə 13 mindən çox mənzil 
və fərdi ev verilib. 

2022-ci il üzrə də 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub ki, artıq 1100-ə yaxını 
təqdim edilib. 

Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin avtomobillə təminatı tədbirləri çərçivəsində onlara 
postmüharibə dövründə 300-dən çox, ümumilikdə ötən dövrdə 7500-dən artıq avtomobil 
verilib. 

Yeni mənzillə təmin olunan şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər dövlət 
qayğısı ilə əhatə olunduqlarına, bu gün isə mənzillə təmin edildiklərinə görə Prezident İlham 
Əliyevə minnətdarlıqlarını bildiriblər.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir