Lənkəran rayonunda məktəbli döyülüb.
Oxu.Az-ın məlumatına görə, Viyən kənd tam orta məktəbinin XI sinif şagirdi, 2006-cı il təvəllüdlü İ.Q. naməlum şəxslərin hücumuna məruz qalıb.
O, Lənkəran xəstəxanasına yerləşdirilib və vəziyyəti orta-ağır qiymətləndirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Oxu.Az-a bildirilib ki, hadisə ilə bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsinə müraciət daxil olub:
“Hazırda araşdırma aparılır. Qanunamüvafiq tədbirlərin görülməsi təmin olunub”.
İlhamə Əbülfət
www.102info.az