“Ermənistan sülhün dəyərini anlamalı və Azərbaycanla münasibətləri normallaşdırmalıdır”.
“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Hudson İnstitutunun böyük elmi işçisi Maykl Doran deyib.
“Ermənistan sülhə razılaşmalı, Zəngəzur dəhlizini açmalı, ərazilərin minalanmasını dayandırmalı, sərhədi delimitasiya etməli və Azərbaycanla münasibətlərin normallaşdırılması üzərində işləməlidir”, – o bildirib.
Amerikalı ekspert vurğulayıb ki, insanların azad edilmiş Azərbaycan ərazilərinə qayıtmağa başladığını görmək çox həyəcanlı və sevindiricidir.
Onun sözlərinə görə, ölkə işğaldan azad olunmuş əraziləri fəal şəkildə bərpa edir, həmçinin Türkiyə və İsraillə tərəfdaşlıq əlaqələri qurur.
Xatırladaq ki, “Naval postgraduate school”un (ABŞ) professoru Brenda Şaffer və Hudson İnstitutunun böyük elmi işçisi Maykl Doran bu gün Zəngilan rayonunun Ağalı kəndinə səfər edib, burada yaradılan şəraitlə tanış olublar.
www.RIA24.az