Gədəbəydə bıçaqlanma hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Düzyurd kəndində qeydə alınıb.
1964-cü il təvəllüdlü Mehri Cəfərova bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.Dərhal xəstə əməliyyat edilib,vəziyyətinin kafi olduğu bildirilir.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Oxu.Az-a verilən məlumata görə, Gədəbəy rayon Polis Şöbəsinə rayon sakini Mehri Cəfərovanın boğaz nahiyəsindən bıçaq xəsarəti alaraq xəstəxanaya müraciət etməsi barədə məlumat daxil olub.
Polis əməkdaşları müvafiq araşdırmalar aparıb və məlum olub ki, M.Cəfərovanı ailə münaqişəsi zəminində, 1959-cu il təvəllüdlü Vaqif Cəfərov bıçaqlayıb.
Şübhəli şəxs saxlanılıb, yaralıya tibbi yardım göstərilərək evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.
İlhamə Əbülfət
www.102info.az