İngiltərəli balıqçı Endi Hakkett dünyanın ən böyük qızılbalığını tutub.
Bununla bağlı görüntüləri o, özünün sosial şəbəkə hesabından paylaşıb.
Bildirilir ki, narıncı rənginə görə “yerkökü” adlandırılan 30 kq-lıq balıq Fransanın Şampan şəhərindəki Blyuoter gölündə tutulub.
“Mən həmişə “yerkökü”nün orada olduğunu bilirdim, amma onu tutacağımı heç düşünməmişdim”, – deyə 42 yaşlı balıqçı bildirib.
Kidderminster sakini balığı çəkməyə 25 dəqiqə vaxt sərf edib.
“Mənim atdığım yemi götürüb onunla yan-yana, yuxarı-aşağı getməyə başlayanda bunun böyük bir balıq olduğunu anladım. Sonra o, 30-40 yard məsafə üzdü və mən onun narıncı rəngini sezdim. Onu tutmaq gözəl idi, amma həm də bəxtim gətirdi”, – deyə balıqçı bildirib.
O, video və şəkil çəkdirəndən sonra qızılbalığı suya buraxıb. Beləliklə, bu dəfə nağıllardakı kimi insanın deyil, balığın “arzusu reallaşıb”.
Mənbə: Gazeta.ru
www.RIA24.az