“Əsas məqsəd geniş əhali kütləsinin təhlükəsizliyinin təmin edilməsidir”.
Oxu.Az xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin “Yanğın təhlükəsizliyini birgə təmin edək” devizi altında keçirilən tədbirində DYNX-nin rəis müavini, daxili xidmət polkovniki Aqşin Kazımov deyib.
Onun sözlərinə görə, Bakı şəhəri, Binəqədi rayonunun ərazisində, Binəqədi-Mehdiabad yolunun yaxınlığında yerləşən “Binagady Oil Company” şirkətinə məxsus 2-ci mədənin 3-cü sahəsindəki
yaşayış evləri neft quyularının yaxınlığında yerləşdiyindən bura riskli zona hesab edilir:
“Təhlükəsizlik məqsədilə qabaqlayıcı tədbirlər həyata keçirilir. Tədbirlərin təşkilində SOCAR, “Azəriqaz”, yerli icra orqanları yaxından iştirak edirlər.
Binəqədidə kifayət qədər riskli ərazilər var. Adıçəkilən ərazilərin təmizlənməsi üçün işçilər səfərbər olunublar. Ərazidə beşdən çox mancanaq var. Qamışlıq hissədə də təmizlənmə işləri aparılacaq”.
Nəzrin Vahid
www.102info.az