“Ermənistan Azərbaycan ərazilərinin minalanmasını davam etdirir” – RƏY + FOTO

Müharibə

“Ermənistan 30 il ərzində olduğu kimi bu gün də Azərbaycan ərazilərinin minalanmasını davam etdirir”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

O, beynəlxalq hüquqa əsasən, müharibə bitdikdən sonra Ermənistanın mina xəritələrini Azərbaycana verməli olduğunu xatırladıb:

“Ancaq bu xəritələr Azərbaycana verilmədi. Eyni zamanda Ermənistanın ayrı-ayrı dövlətlərin iştirakı ilə Azərbaycana verdiyi xəritələr də qeyri-dəqiq olub. Bu səbəbdən 270-ə yaxın azərbaycanlı minaya düşüb, onlardan 45 nəfər həyatını itirib. Son günlər Sarıbaba yüksəkliyində aşkarlanmış minalar təsdiqləyir ki, ermənilər bu gün də Azərbaycan Ordusunun təminat yollarında, ayrı-ayrı yerlərdə Azərbaycanın ərazilərini minalayır”.

Deputat bildirib ki, bütün bu hadisələr Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin gözü qarşısında baş verib:

“Sülhməramlı qüvvələr də bu məsələyə heç bir reaksiya vermirlər. Azərbaycan məcburdur ki, tədbirlər həyata keçirsin. Bu, Azərbaycanın hüququdur. Əgər Ermənistan beynəlxalq hüququ pozursa, minalar basdırırsa, Azərbaycanın haqqı var ki, müəyyən tədbirlər görsün. Ümumiyyətlə Ermənistan təxribatlara son qoymalı, Rusiya sülhməramlıları isə məsələlərə nəzarət etməlidir. Əks halda vətəndaşların sağlamlığının qorunması, əsgərlərin mina təhlükəsizliyi və təminat yollarının mühafizəsi üçün Azərbaycan uyğun addımlar atmaq hüququna malikdir. Hazırkı vəziyyətdə bunu etmək məcburiyyətindədir”.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir