Zelenski BMT Təhlükəsizlik Şurasına çağırış etdi: “Ukraynanın “sülh formulu”nu dəstəkləməyin vaxtıdır”

Dünya

“Terror dövlətinin nümayəndəsi indi sizə nə deyə bilər? Deyəcək ki, mülki sakinlər onların atdıqları raketlərdən əziyyət çəkmirlər?”

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski BMT Təhlükəsizlik Şurasının təcili iclasında çıxışı zamanı deyib.

Zelenski Ukraynanın “sülh formulu”na dəstək verməyə və Rusiya Federasiyasının təcavüzünü pisləməyə çağırıb.

“Aranızda dünyaya terror, sabitliyin pozulması və dezinformasiyadan başqa heç nə təklif etməyən dövlətin nümayəndələri var.

İstənilən Rusiya formulunda başqa heç bir şey əks olunmur. Məhz buna görə də mən bir daha vurğulayıram: Ukraynanın “sülh formulu”nu dəstəkləməyin vaxtı çatıb!” – deyə Ukrayna lideri qeyd edib.

Zelenski həmçinin tərəfdaş dövlətlərə müraciət ünvanlayıb.

“Səmamızın qorunmasına dəstək olmaları üçün tərəfdaşlarımıza müraciət edirik. Müasir və effektiv hava hücumundan müdafiə və raketdən müdafiə sistemlərinə ehtiyacımız var.

Terror dövlətinin nümayəndəsi indi sizə nə deyə bilər? Deyəcək ki, mülki sakinlər onların atdıqları raketlərdən əziyyət çəkmirlər? Hər şey göz qabağındadır. Hər şey çox açıqdır. Sizi insanlığın və həyatın müdafiəsi üçün konkret addımlar atmağa çağırıram! Təhlükəsizlik Şurası BMT Nizamnaməsinin 7-ci bölməsinə uyğun olaraq terrorçu dövlətin hərəkətlərinə dəqiq qiymət verməlidir.

Ukrayna Təhlükəsizlik Şurasına enerji terrorunun istənilən formasını pisləyən belə bir qətnamənin qəbul edilməsini təklif edir”, – deyə Zelenski vurğulayıb.

Mənbə: Ukrainskaya pravda

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir