Bakıda işıqforun qırmızı işığından keçən motosikletçi qəza törədib – FOTO

Cəmiyyət

Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, qəza Mehdi Mehdizadə ilə Yusif Səfərov küçələrinin kəsişməsində qeydə alınıb.

Belə ki, motosikletin sürücüsü işıqforun qırmızı işığında keçən zaman “Nissan” markalı avtomobillə toqquşub.

Zərbənin gücündən motosikletçi yıxılaraq başından ağır xəsarət alıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktı Xətai Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir