Hüseyn Hüseynov: “800 milyon insan az qidalanmadan əziyyət çəkir”

Cəmiyyət

“Bu gün dünyada 1,5 milyard insan ifrat yoxsulluqdan əziyyət çəkir. Qlobal miqyasda 380 milyondan cox qadın və qız ifrat yoxsulluq içərisindədir və gündə 1,9 dollardan az pulla yaşayır. Bu, ABŞ əhalisindən çoxdur”.

Oxu.Az xəbər verir ki, bu sözləri Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının Katibliyinin rəhbəri, İqtisadiyyat Nazirliyinin şöbə müdiri Hüseyn Hüseynov deyib.

O bildirib ki, 400 milyon insanın səhiyyə xidmətlərinə çıxış imkanları məhduddur, 800 milyon insan isə az qidalanmadan əziyyət çəkir:

“2021-ci ildə qlobal miqyasda təxminən hər üç qadından biri orta və ya ciddi ərzaq təhlükəsizliyi təhdidi ilə üzləşib. Ərzaq qiymətlərinin artması, çox güman ki, bütün dünyada aclığı daha da gücləndirəcək”.

Könül Cəfərli

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir