“Arzularımın həyata keçməsinə meyxana mane oldu, məni məhv etdi”.
Bunu Baku TV-də yayımlanan “Arzunun vaxtı” verilişində məşhur qəzəlxan Mahir Cürət deyib.
Səhhətində problemlər olan qəzəlxan qeyd edib ki, televiziyadan meyxana yarışı ilə bağlı gələn təklif səbəbindən təhsil ala bilməyib:
“Yarışdan bir həftə sonra məşhurluqdan şəhərə çıxa bilmirdik. Ayda 100 toya çığırılırdım. Amma bunun ziyanı elm dalınca gedə bilməməyim oldu. Gedib Bağdadda qalıb, bir il ərəb dilini öyrənib, yazsaydım, indi bütün Şərq ədəbiyyatı məni tanıyacaqdı”.
M.Cürətin sözlərinə görə, narkotik istifadəçisi olmasının da səbəbi meyxanadır.
“Yəqin ki, ayaqlarım da ona görə belə oldu. Qanım zəhərləndi. Heç kimi qınamıram. Düzdür, əhatədən çox şey asılıdır, amma bunu insan öz istəyi ilə edir”, – deyə o əlavə edib.
Daha ətraflı verilişi təqdim edirik:
www.102info.az