Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumat açıqlanıb.
ANAMA-dan Oxu.Az-a verilən məlumata görə, noyabrın 21-dən 26-dək olan dövrdə Tərtər, Ağdam, Füzuli, Laçın, Şuşa, Xocavənd, Qubadlı, Cəbrayıl və Zəngilanda 2 piyada əleyhinə mina, 10 tank əleyhinə mina və 248 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 321 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
www.RIA24.az