Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Gəncədə ağacəkmə kampaniyasında iştirak edib.
Bu barədə o, “Twitter” hesabında yazıb.
“Gəncədə “bp Azerbaijan”ın “Green Heart” layihəsi çərçivəsində ağacəkmə tədbirində iştirakdan məmnun oldum. Bu layihənin çox maraqlı tarixçəsi var. Bal Ormanı adlanan bu ərazidə 535 ailə balçılıqla məşğul olub və ağaclar məhz arılar üçün əkilib”.
Gəncədə @bp_Azerbaijan-ın “Green Heart” layihəsi çərçivəsində ağacəkmə tədbirində iştirakdan məmnun oldum. Bu layihənin çox maraqlı tarixçəsi var. Bal Ormanı adlanan bu ərazidə 535 ailə balçılıqla məşğul olur və ağaclar məhz arılar üçün əkilib. 🐝🐝🐝 pic.twitter.com/PIiwefY9d4
— FergusAuldFCDO (@FergusAuldFCDO) November 28, 2022
www.RIA24.az