Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin (DGK) strukturunda dəyişiklik edilib.
Oxu.Az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanda öz əksini tapıb.
Dəyişiklikliyə əsasən, DGK-nın tərkibində Naxçıvan Baş Gömrük İdarəsi yaradılıb.
Dövlət başçısının imzaladığı fərmana görə, Dövlət Gömrük Komitəsi Komitənin strukturunun təkmilləşdirilməsi ilə bağlı təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidir.
www.RIA24.az