Çində yüksək patogenli H5N1 quş qripi virusuna insanın yoluxması halı qeydə alınıb.
İnfeksiya Quansi-Çjuan muxtar bölgəsindəki Çinçjou şəhərinin 38 yaşlı sakinində təsdiqlənib. O, ev quşları ilə təmasda olub. Qadın xəstəxanada dünyasını dəyişib.
2005-ci ildən Çində H5N1 virus ştammı ilə insana yoluxma halları üzrə 54 fakt qeydə alınıb.
Mənbə: TASS
www.102info.az