Fərdi silahlanmanın sürətləndirildiyi ABŞ-də silahla ölümlərin ümumi ölümlər arasında payı araşdırılıb.
Harvard Universiteti tərəfindən aparılan araşdırma zamanı ABŞ-də silahla ölümlərin son 32 ilin ən yüksək səviyyəyə çatdığı müəyyən edilib.
Silahla baş verən bir milyondan çox ölümdə qadınlara düşən payın artdığı qeyd edilir.
Öldürülənlərin təxminən 14 faizi qadın, 45 faizi isə kişilərin payına düşüb.
2010-cu ildən bəri qaradərili qadınların odlu silahla öldürülməsi üç dəfədən çox artıb. 2015-ci ildən bəri silahla intiharların iki dəfədən çox artdığı bildirilib.
Mütəxəssislər bildirirlər ki, ABŞ əhalisi artdıqca, ölkədə silahdan ölənlərin sayı da artır.
Araşdırmada vurğulanır ki, silahla ölümlər 2005-ci ildən bu yana nisbətən aşağı tempdə artıb, lakin COVID-19-un təsiri ilə 2019-2021-ci illər arasında 20% artım olub.
Mənbə: Anadolu
www.102info.az