Ağdaşda iki avtomobil toqquşub.
APA xəbər verir ki, Cavidan Cabbarovun idarə etdiyi “Mercedes-Benz” markalı avtomobillə Raqif Həmidovun idarə etdiyi VAZ 2107 markalı avtomobil toqquşub.
Nəticədə VAZ-2107-nin sürücüsü, eləcə də sərnişinləri Bahar Həmidova, Elmira Həmidova və 2011-ci il təvəllüdlü Nicat Həmidzadə xəstəxanaya yerləşdiriliblər. Onlardan Bahar Həmidova ölüb.
www.102info.az