Bakıda dörd yaşlı oğlanın bədəninin böyük hissəsi ehtiyatsızlıqdan yanıb.
Bu barədə Oxu.Az-a onun nənəsi Nəcibə Əliyeva məlumat verib.
N.Əliyeva bildirib ki, 2018-ci il təvəllüdlü nəvəsi Əlizadə Ömər Səxavət oğlu əməliyyat olunmalıdır:
“Hadisə noyabrın 19-da baş verib. Nəvəm evdə qonşunun uşağı ilə oynayarkən mürəbbə qazanına düşüb. Həmin gün onu Şəki Rayon Mərkəzi Xəstəxanasına apardıq. Noyabrın 20-si isə bizi Bakıya göndərdilər. Üzü və ayaqlarından başqa hər yeri tam yanıb. O, iki dəfə dəriköçürmə əməliyyatı olmalıdır. Bu gün birinci əməliyyata girib, bu əməliyyatın pulunu ödəyə bilsək də, ikinci əməliyyat üçün imkanımız yoxdur. Ömərin ikinci əməliyyatı üçün 600 manat pul lazımdır. İmkanlı şəxslərdən nəvəmə bir daha yardım etmələrini xahiş edirəm”.
Məlumat üçün bildirək ki, Əlizadə Ömər Səxavət oğlu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən Xidmətlər Zərfinə daxil olan dərmanlarla təmin olunur.
Ailə ilə əlaqə üçün: 055 800 94 43
www.102info.az