Kanadalı alimlər “El-Ali” meteoritində Yer kürəsində indiyədək heç vaxt tapılmayan minerallar aşkar ediblər.
Bu kəşf illik Kosmik Tədqiqatlar Simpoziumunda elan edilib.
Meteorit alimlər tərəfindən 2019-cu ildə Somalidə El-Ali şəhəri yaxınlığında tapılıb. Meteorit təxminən 14 ton ağırlığındadır və qədim dövrdə Yerə düşüb. Yerli tayfalar öz əfsanələrində ona “Alacaqaranlıq” deyiblər. Kosmik daşın bir hissəsi qumun altında qalıb, digər hissəsi isə yerli sakinlər tərəfindən bıçaq itiləmək üçün istifadə edilib.
Alimlər meteoritdən təxminən 70 qram ağırlığında nümunələr ayıraraq onların kimyəvi analizini aparıblar. Nəticədə iki yeni mineral – elaliit və elkinstantonit, eləcə də Yer kürəsində təbii mühitdə olmayan nümunə tapılıb.
Tədqiqat qrupu daha çox nümunə əldə olunarsa, meteoritin tədqiqini davam etdirəcək. Kosmik obyektin özü hərracda satılmaq üçün Çinə aparılıb.
Mənbə: Gazeta.ru
www.RIA24.az