O da insan alveri ilə məşğuldur, amma sadəcə sümüklərini satır – FOTO

Maraqlı

ABŞ-ın Nyu-York şəhərindən yaşayan insan sümükləri satıcısı daimi müştərilərdən və işin xüsusiyyətlərindən danışıb. 

22 yaşlı Con Ferri 18 yaşına kimi Taylandda yaşayıb. Məhz orada – atası ona siçan skeleti hədiyyə edəndən sonra sümüklər və kəllələr həyatının əsas məşğuliyyətinə çevrilib. Qeyri-adi hədiyyə o zaman 13 yaşlı Ferrini nəinki qorxutmayıb, həm də sonradan işə çevrilən hobbisini tapmağa kömək edib.

Yetkinlik yaşına çatandan sonra gənc Nyu-Yorka köçür və sənaye dizaynını öyrənməyə başlayır. Dərslərinin ağırlığına baxmayaraq, o, hobbisindən əl çəkmir. Nəticədə arzusunu gerçəkləşdirərək heyvan skeletlərinin alqı-satqısı üçün “JonsBones” şirkətini qurur.

Günlərin birində isə əntiq əşyalar və kuriyerlər mağazasına girən Ferri rəflərin birində insan kəlləsi görür.

Dediyinə görə, bu onu qəlbinin dərinliklərinə kimi təsir edir və mağazanın sahibi Mayk Zonla görüşmək qərarına gəlir. Zon ziyarətçiyə kəllənin haradan gəldiyini izah edib: məlum oldu ki, o, sümükləri tibb universitetlərindən və laboratoriyalardan alıb.

Dükan sahibi ilə söhbət etdikdən sonra Con “JonsBones” çeşidini genişləndirmək və insan sümüklərini də satmağa başlamaq qərarına gəlib. Bu, onun biznesini daha uğurlu və irimiqyaslı edir: Ferri səkkiz işçi götürür və sosial şəbəkələrdə yarım milyon izləyici toplayır.

“JonsBones”un əsas alıcıları tibb məktəbləri və axtarış-xilasetmə əməliyyatları aparan təşkilatlardır (Onlara xidmət itlərin hazırlanması üçün tələb olunur).

Skeletin orta qiyməti təxminən 6,5 min funt-sterlinqdir (təxminən 13,2 min manat), çanaq sümüklərini isə 69 funta (140 manat) almaq olar.

Ferrinin sözlərinə görə, gələcəkdə o, ticarəti dayandırmağı və sümüklərlə maraqlanan hər kəs üçün suvenir mağazası olan muzey açmağı planlaşdırır. “JonsBones”da artıq kəllə formalı zərgərlik məmulatlarının sınaq partiyası var. Onlar da suvenirlər arasında təqdim olunacaq.

“Mən və həmkarlarım bizə gələn nümunələri gələcək nəsillərə qorumaq üçün mümkün olan hər şeyi edirik”, – deyə Con bildirib.

Mənbə: The Guardian

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir