Sabirabadda partlayışı nəticəsində ər-arvad yanıq xəsarətləri alıb.
“Report”un məlumatına görə, hadisə rayonun Quruzma kəndində qeydə alınıb.
Belə ki, qaz balonunun partlayışı nəticəsində ev sahibləri 1967-ci il təvəllüdlü Babayev Abdul Abusəməd oğlu və onun həyat yoldaşı 1970-ci il təvəllüdlü Babayeva Gültəkin Zəbulla qızı üz və bədənin müxtəlif hissələrindən yanıq xəsarətləri alıblar.
Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az