Quş qripi yaponlar üçün təhlükəyə çevrilib: Milyonlarla toyuğu məhv etdilər

Dünya

Yaponiyada quş qripi tüğyan edir. Bu səbəbdən ölkənin cənub-qərbində yerləşən Kaqoşima prefekturasında epidemiya səbəbindən yerli quşçuluq fermasında 120 minə yaxın toyuğu məhv etməyi planlaşdırırlar.

Həmçinin Kaqava prefekturasında 34 minə yaxın toyuğun kəsilməsi planlaşdırılıb.

Qeyd edək ki, bir gün əvvəl Tottori şəhərinin qərb prefekturasında 110 minə yaxın toyuq öldürülüb.

Ümumilikdə bu mövsüm Yaponiyanın müxtəlif bölgələrində quş qripi ocaqlarının aşkarlanmasından sonra ümumilikdə 3,4 milyondan çox toyuq məhv edilib.

Mənbə: Kyodo

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir